Azərbaycanın daha bir stadionu FİFA sertifikatı alıb. Sport24.az xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.
Ağsu şəhər stadionunda quraşdırılmış süni ot örtüyü FİFA tərəfindən "Quality Pro" sertifikatına layiq görülüb.
Bu keyfiyyət nişanı sözgedən arenada beynəlxalq oyunların keçirilməsinə imkan verir.