"Mançester Yunayted"in baş məşqçisi Ruben Amorim açıqlama verib. Sport24.az xəbər verir ki, mütəxəssis komandanın nəticələrinə görə utandığını deyib:

 

"Rəhbərliklə, futbolçularla, hətta azarkeşlərlə daim danışıram. Komandanın daha yaxşı olması üçün nəyə ehtiyac olduğunu bilirəm və bu mənə sabit qalmağa kömək edir. Başqa nəsə demək çətindir. Həqiqətən, utanıram ki, komanda 25 oyunda 6 qələbə qazanıb. Oyunlarımızda bəzən səhvlər olur və bu, nə taktika, nə texnika ilə bağlıdır. Uduzmaq normal deyil. Turnir cədvəlindəki mövqeyimiz durumu izah edir. Liqanın ən pis komandası olmaq istəmirik".

 

"Mançester Yunayted" 36 turdan sonra 39 xalla 16-cı sıradadır.