"Trabzonspor" itki ilə üzləşib. Sport24.az xəbər verir ki, komandanın hücumçusu Enis Destan zədələnib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
22 yaşlı hücumçu 1 ay yaşıl meydanlardan uzaq qalacaq.
Destan sabah Türkiyə Kubokunun finalında "Qalatasaray"a qarşı keçiriləcək oyunu buraxacaq.
"Trabzonspor" – "Qalatasaray" matçı saat 21:45-də başlayacaq.