"Liverpul" yay transfer dönəmində heyətini yeni müdafiəçi ilə gücləndirmək istəyir. Sport24.az xəbər verir ki, "qırmızılar" klubu tərk edən Trent Aleksander-Arnoldun mövqeyinə oyunçu gətirmək niyyətindədir.

 

Bu barədə insayder Florian Plettenberq məlumat yayıb. Sağ cinah üçün əsas namizəd "Bayer"dən Cereji Frimponqdur.

 

"Liverpul" 24 yaşlı müdafiəçi üçün 35-40 milyon avro ödəməyə hazırdır.

 

Frimponq bu mövsüm Bundesliqada 33 oyunda 5 qol vurub, 5 məhsuldar ötürmə edib.