Formula 1 üzrə dünya çempionatının startına sayılı günlər qalıb. Sport24.az xəbər verir ki, mundialın iddialı komandalarından olan "Red Bull" yeni bolidini təqdim edib.
Nyu-Yorkda təşkil olunan tədbirdə RB19 adlanan bolidin təqdimatı keçirilib. Tədbirdə "Red Bull"un rəhbəri Kristian Horner, pilotlar Maks Verstappen, Serxio Peres və üçüncü sürücü Daniel Rikkiardo da iştirak ediblər.
Yeni bolidin üzərində şirkətin rənglərini əks etdirən mavi, sarı və qırmızı rənglər yer alıb.
.Horner gözəl Formula 1 mövsümünün olacağını və əsas rəqabətin "Red Bull", "Ferrai" və "Mercedes" arasında gedəcəyini vurğulayıb.