"Real"ın  hücumçusu Rodriqo klubdan ayrılmaq istəyir. Sport24.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, 24 yaşlı braziliyalı İspaniya La Liqasının 35-ci turunda "Barselona" ilə oyunda (3:4) meydana çıxmaq istəmədiyini bildirib. Futbolçu İspaniya kubokunun finalında kataloniyalılarla matçın fasiləsində əvəzləndiyinə görə məyus olub.

 

Qeyd edək ki, Rodriqo 2019-cu ilin yayında "Santos"dan "Real"a keçib. O, bu mövsüm bütün turnirlərdə 50 oyun keçirib, 13 qol vurub və 10 məhsuldar ötürmə edib.