Bu gün II Liqada 25-ci turun oyunları keçiriləcək. Sport24.az xəbər verir ki, 7 matçın hamısı eyni saatda keçiriləcək.

 

I Liqaya vəsiqəni təmin edən"Şahdağ Qusar" Bakıda bölgənin digər təmsilçisi "Qusar"la üz-üzə gələcək. 2-ci vəsiqənin sahibi "Şəfa" "ASK Arena"da "Füzuli"nin qonağı olacaq.

 

Növbəti mövsümdə I Liqanın mübarizə aparacağı dəqiqləşən "Şimal" isə Qubaya səfər edəcək. 

 

13 may (çərşənbə axşamı)

17:00. "Füzuli" – "Şəfa"

Hakimlər: Elvin Bayramov, Tərlan Talıbzadə, Vüqar Bayramov, Səbuhi Bayramov

"ASK Arena"

17:00. "Şahdağ Qusar" – "Qusar"

Hakimlər: Əli Əliyev, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Ceyhun Hüseynov

Neftçi Futbol Mərkəzi, (IV meydança)

17:00. "Ağdaş" – "Dinamo"

Hakimlər: Rövşən Rəcəbov, Elman Kərimov, Ruslan Babayev, Kamil Aydınov

Ağdaş şəhər stadionu

17:00. "Göygöl" – "Kür-Araz"

Hakimlər: Nazim Abdullayev, Nurlan Əhmədzadə, Məmmədəli Kərimov, Niyaz Əhmədov

Göygöl OİK stadionu

17:00. "Haypers Quba" – "Şimal"

Hakimlər: Murad Səlimov, Sənan Atayev, Ruslan Məmmədov, Alik Yunusov

Quba OİK stadionu

17:00. "Şəki Siti" – "Araz Saatlı" 

Hakimlər: İslam Məmmədov, Rəhman Aslanov, Mirnihad Seyidov, Hacıağa Həsənov

Şəki şəhər stadionu

17:00. "Lerik" – "Şəmkir"

Hakimlər: Vüqar Həsənli, Rasim Axundov, Hüseyn Əsgərov, Ziya Nəsirov

Lənkəran OİK stadionu