"Mercedes"in komanda rəhbəri Toto Volf Lyuis Hemiltonla bağlı açıqlama verib. Sport24.az xəbər verir ki, Formula 1 liderlərindən olan komandanın rəsmisi Hemiltonun yarışmağa davam etdiyi müddətdə, istədiyi zamana qədər kreslosunda heç bir dəyişikliyin edilməyəcəyini söyləyib.

O, bu ilin sonunda "Mercedes"lə müqavilə müddəti başa çatan Lyuisin alman istehsalçı ilə imzalayacağı sənədin sadəcə formal xarakter daşıdığını bildirib: "Hər iki tərəf bu əməkdaşlıqdan razıdır. Hemilton hansı müddətə qədər yarışsa, dəyişməz olaraq qalacaq. Bütün rekordları qırmağı bacarır. Üstəlik Lyuis zəiflədiyini düşündüyü zaman öz istəyilə gedəcək xarakterə sahib biridir".

Qeyd edək ki, tərəflərin bu ilin sonunda 2 illik müqaviləyə imza atacaqları gözlənilir.