Formula 1 üzrə 7 qat dünya çempionu Luis Hemilton mövsümün əvvəlində gələcək karyerası ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib. Sport24.az xəbər verir kİ, britaniyalı pilot “Mersedes”dən ayrılacağı ilə bağlı xəbərləri təkzib edib: “İnsanlar fakta əsaslanmayan söz-söhbətlər yaradır. Bu heç kimə də fayda vermir.13 yaşımdan “Mersedes”lə əməkdaşlıq edirəm. Ötən il çox ağır mövsüm keçirdik. Gördüyünüz kimi, yenə də buradayam. Bu mövsümdə necə çıxış edəcəyimizdən asılı olmayaraq, yenə də burada olacam. Döyüşçüyəm, bir komanda kimi mübarizə aparırıq. Vəziyyətdən çıxış yolu axtrarıb tapmağı sevən insanam. Komandama inanıram və yeni çağırışı qəbul etməyə hazıram. Əlbəttə, çox istəyərdim ki, mövsümə mükəmməl bolidlə qədəm qoyaq, amma bu yenə də həlledici rol oynamır. Bu komandanın bir üzvü olmağımla qürur duyuram!”.

Xatırladaq ki, Hemilton keçən mövsüm 240 xalla çempionatda 6-cı yeri tutmuşdu.