Bu gün Formula 1 və Formula 2 üzrə Azərbaycan qran-prisinə start veriləcək. Sport24.az xəbər verir ki, Formula 1 yarışı Bakıdakı 6-cı qran-pri kimi tarixə düşəcək.

İlk yarış günündə Formula 1-də iki sərbəst yürüş, Formula 2-də isə sərbəst yürüş və sıralama turu gerçəkləşəcək.

Bakı halqasında fan-zonanın qapıları saat 10:00-da açılacaq. İlk olaraq trekə Formula 2 pilotları çıxacaq. 11 komandanın 22 sürücüsü sərbəst yürüşə qatılacaq.

Ardınca əsas yarış hesab olun Formula 1-də birinci sərbəst yürüş başlayacaq. Günə ikinci dərəcəli turnirin sıralama turu və nəhayət, Formula 1-in ikinci sərbəst yürüşü ilə yekun vurulacaq.

Formula 1-də "Red Bull" komandasında çıxış edən hazırkı dünya çempionu Maks Ferstappen 125 xalla liderdir. "Ferrari"dən Şarl Lekler 116 xalla ikinci, Ferstappenin komanda yoldaşı Serxio Peres 110 xalla üçüncü pillədə qərarlaşıb.

Formula 2-də isə müvafiq sıraları "MP Motorsport"dan Felipe Druqoviç, "ART Grand Prix"dən Teo Purşer və "Prema Racing"dən Jehan Daruvala tutur.

Azərbaycan qran-prisi
10 iyun

10:00. Azarkeş zonasının qapıları açılır

Formula 2
12:35 - 13:20. Sərbəst yürüş

Formula 1
15:00 - 16:00. 1-ci sərbəst yürüş

Formula 2
16:30 - 17:00. Sıralama turu

Formula 1
18:00 - 19:00. İkinci sərbəst yürüş

21:00. Azarkeş zonasının qapıları bağlanır.

Azərbaycan qran-prisi iyunun 12-də başa çatacaq.