Sentyabrın 18-dən İran 4 illik diskvalifikasiyadan sonra cüdo üzrə beynəlxalq yarışlarda iştirak edə biləcək. Sport24.az xəbər verir ki, bu barədə Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer məlumat verib: “İranın diskvalifikasiyası sentyabrda başa çatacaq. Onların qayıdışına görə çox şadıq. Ümid edirik ki, onlar bundan sonra qaydalara hörmət edəcək və keçmiş xoşagəlməz hərəkətləri təkrarlamayacaq. Sıralarımızda olmayan hər bir ölkə üçün darıxırıq. Əlbəttə, İranın diskvalifikasiya olması bizim üçün ağır qərar idi. Ölkənin kənarda qalması idmançıları mübarizədən edir. Halbuki, bu, onların günahı deyil. İrana artıq geri qayıtmağa şərait yaratmışıq”.

Xatırladaq ki, 2019-cu ildə Tokioda keçirilən dünya çempionatında hazırda millimizdə çıxış edən Səid Mollai yarımfinalda İsrail idmançısı ilə üz-üzə gəlmək imkanından məhrum olmuşdu. Belə ki, İran Cüdo Federasiyası Səidə tatamiyə çıxmağa imkan verməmişdi. Nəticədə İranın diskvalifikasiya olunmasından sonra Mollai öncə Monqolustan yığmasında çıxış etmiş və Tokio Olimpiadasında gümüş medal qazanmışdı. Daha sonra İsrail millisinin heyəti ilə məşq edən Səid ötən ilin mayında Azərbaycan Cüdo Federasiyasının təklifini qəbul etmişdi.