"Sanderlend"in və İsveçrə millisinin kapitanı Qranit Caka saxta COVID-19 peyvənd sertifikatı ilə bağlı beş ilədək həbs cəzası ilə üzləşə bilər. Sport24.az xəbər verir ki, bu barədə "RMC Sport" məlumat yayıb.
Lütsern kantonunun prokurorluğu saxtalaşdırılmış sənədlə bağlı işi araşdırır. Məhkəmə dinləməsi oktyabrın əvvəlinə təyin edilib.
İsveçrədə sənədlərin saxtalaşdırılması beş ilədək həbs cəzası ilə nəticələnə bilər. Lakin ilk dəfə belə əməl törədən şəxsə şərti cəza və 10 500 avro məbləğində cərimə tətbiq oluna bilər.
Qeyd edək ki, Caka sertifikatı saxtalaşdırdığını etiraf edib. Futbolçu İsveçrə millisinin qarşıdakı təlim-məşq toplanışında iştirak etməyəcək.