Azərbaycanın daha üç cüdoçusu Bakıda keçiriləcək "Böyük Dəbilqə" turnirində iştirak edəcək. Sport24.az xəbər verir ki, Camal Qamzatxanov (+100 kq), Ramilə Əliyev və Şəfəq Həmidova (hər ikisi 48 kq) da tatamiyə çıxacaqlar.

 

Daha əvvəl 33 idmançının adı siyahıya daxil edilib.

 

Qeyd edək ki, "Böyük Dəbilqə" fevralın 16-18-i aralığında Milli Gimnastika Arenasında keçiriləcək. Çempion cüdoçu 1000, gümüş medalçı 700, üçüncü olan 500 reytinq xalı qazanacaq. Hazırda 64 ölkənin yarışda iştirakı təsdiqlənib.