Cüdo üzrə Azərbaycan milli komandası Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək böyüklər arasında dünya çempionatına hazırlığın son mərhələsinə başlayıb.

Sport24.az xəbər verir ki, təlim-məşq toplanışında idmançıların fiziki və taktiki-texniki hazırlığına diqqət yetirilir.

Çinin kişilərdən və qadınlardan ibarət yığmaları da sentyabrın 9-dan Bakıdadırlar. Asiyalılar sentyabrın 30-dək Azərbaycan milli komandaları ilə birlikdə mundiala hazırlaşacaq.

Dünya çempionatı 6-12 oktyabrda təşkil olunacaq.