Beynəlxalq Boks təşkilatı BOK-a onun tanınması ilə bağlı müraciət ünvanlayıb. Sport24.az xəbər verir ki, bu qurum rusiyalı Umar Kremlyovun rəhbərlik etdiyi Beynəlxalq Boks Assosiasiyasının (İBA) alternativi kimi yaradılıb.

Hazırda bu təşkilat sıralarını genişləndirmək və noyabr ayında ilk konqressini keçirmək niyyətindədir. İndi yalnız Amerika Boks Federasiyası Beynəlxalq Boks təşkilatının üzvlüyünə qəbul edib. Amerikalılar İBA-nın tərkibindən çıxdıqdan sonra belə bir addım atıblar. Yaxın gələcəkdə ora Böyük Britaniya, Almaniya, Niderland, Filippin və İsveçin də qoşulacağı gözlənilir. İBA isə onun əleyhinə yaradılan bu təşkilatı isə tənqid edib və onun üzvlüyünə qəbul edilənləri sanksiya ilə hədələyib.