19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün yoldaşlıq oyunu keçirəcək. Sport24.az xəbər verir ki, Elxan Abdullayevin baş məşqçisi olduğu kollektiv Qəbələdə Moldova ilə üz-üzə gələcək.

 

Qarşılaşma saat 17:00-da başlayacaq.

 

Qeyd edək ki, komandalar martın 22-də də münasibətləri aydınlaşdıracaqlar.