Bu gün Misli Premyer Liqasında mövsümün sonuncu - 33-cü turu start götürür. Sport24.az xəbər verir ki, günün yeganə matçı Qəbələdə keçiriləcək.
Bölgənin eyniadlı komandası "Şamaxı"nı qəbul edir. Meydan sahiblərinin elitada yerini qorumaq üçün I Liqanın ikincisi ilə pley-off oynayacağı məlumdur. Qonaqlar isə sadəcə Ayxan Abbasovun rəhbərliyi altında sonuncu görüşə çıxacaq və bu səbəbdən çalışacaq ki, "qapını bərk çırpsın".
Qeyd edək ki, qarşılaşmanın start fiti saat 18:30-da səslənəcək.
Misli Premyer Liqası
III dövrə, XXXIII tur
18:30. "Qəbələ" - "Şamaxı"
Qəbələ. Şəhər stadionu.