Bu gecə UEFA Avropa Liqasının qalibi bəlli olub. Sport24.az xəbər verir ki, final görüşündə "Frayburq" və "Aston Villa" klubları üz-üzə gəlib.
İstanbulda keçiriləcək həlledici oyunda İngiltərə təmsilçisi 3:0 hesablı qələbə qazanıb. Daha əvvəl baş məşqçsi Unai Emeri bu turniri üç dəfə ardıcıl olaraq "Sevilya" ilə (2014, 2015, 2016) qazanmış, həmçinin 2021-ci ildə "Vilyarreal" ilə də kuboka sahib çıxmışdı.
Heç bir başqa məşqçi UEFA Avropa Liqası və ya UEFA Kubokunu bu qədər qazana bilməyib.
UEFA Avropa Liqası. Final
23:00. "Frayburq" (Almaniya) - "Aston Villa" (İngiltərə) 0:3
Qollar: Y.Tielemans,41, E.Buendia,45+3, M.Rogers,58