AFFA İntizam Komitəsinin iclası keçirilib. Sport24.az xəbər verir ki, toplantıda I və II Liqanın XXVI turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

 

15 may 2026-cı il tarixində I Liqada XXVI turun "Səbail" – "Şahdağ Qusar" oyununda "Səbail" komandasında 4 nəfər sarı vərəqə aldığı üçün "Səbail" komandası 210 manat cərimə edilsin (maddə 43.1);

 

15 may 2026-cı il tarixində I Liqada XXVI turun "Səbail" – "Şahdağ Qusar" oyununda "Şahdağ Qusar" komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün "Şahdağ Qusar" komandası 210 manat cərimə edilsin (maddə 43.1);

 

15 may 2026-cı il tarixində I Liqada XXVI turun "Şəfa" – "Cəbrayıl" oyununa təhlükəsizlik nümayəndəsi təyin edilmiş vaxtdan gec gəldiyinə görə "Şəfa" komandası 600 manat cərimə edilsin (maddə 99, 57.2);

 

15 may 2026-cı il tarixində I Liqada XXVI turun "Şəfa" – "Cəbrayıl" oyununda "Cəbrayıl" komandasında 4 nəfər sarı vərəqə aldığı üçün "Cəbrayıl" komandası 210 manat cərimə edilsin (maddə 43.1);