"Sabah" heyətini yeni futbolçu ilə gücləndirib. Sport24.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi cənubi afrikalı müdafiəçi Eyden Makkarti ilə müqavilə imzalayıb.
22 yaşlı futbolçu ilə 3+1 illik sözləşmə bağlanıb. Mərkəz müdafiəçisi Cənubi Afrika Respublikasının "Kayzer Çifs" klubundan transfer edilib.
Makkarti "Kayzer Çifs"in yetirməsidir. Gənc futbolçu həmçinin CAR-ın U-23 millisinin də üzvüdür.