Qadın futbolçulardan ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində qrupdakı son matçını keçirib. Sport24.az xəbər verir ki,  səfərdə Şimali Makedoniya ilə qarşılaşan millimiz 3:1 hesabı ilə qalib gəlib.

 

Komandamız ilk hissədə vurduğu qollarla üstünlüyü ələ alıb və fasilədən sonra hesabı qoruyaraq meydanı qələbə ilə tərk edib.

 

Millimizin heyətində qolları 8-ci dəqiqədə Kristina Bakarandze, 28-ci dəqiqədə Mələk Mollayeva və 37-ci dəqiqədə Nigar Mirzəliyeva vurublar.

 

Qeyd edək ki, Azərbaycan millisi bu oyunla seçmə mərhələdəki qrup mübarizəsini 2-ci pillədə başa vurub.