"Real" müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır. Sport24.az xəbər verir ki, La Liqa nəhənginin əsas hədəfi "Borussiya"da çıxış edən Niko Şlotterbekdir.

 

Bu barədə "Bild" nəşri məlumat yayıb.

 

"Real"ın baş məşqçisi postuna təyinatı gözlənilən Joze Mourinyo rəhbərlikdən almaniyalı mərkəz müdafiəçisinin transferini istəyib. 26 yaşlı futbolçunun özünün də Madrid klubunda oynamağı çox istədiyi bildirilir.

 

Qeyd edək ki, "Borussiya" Niko Şlotterbeki 2022-ci ilin yayında "Frayburq"dan 20 milyon avroya transfer edib. Almaniya millisinin üzvü 2025/26 mövsümündə Dortmund təmsilçisinin heyətində meydana çıxdığı 37 rəsmi matçda 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.