İtaliyalı məşqçi Alessandro Nestanın yeni iş yeri məlum olub. Sport24.az xəbər verir ki, 50 yaşlı mütəxəssis B Seriyasında çalışacaq.
Nesta "Avellino"nun baş məşqisi vəzifəsinə təyin olunub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Təcrübəli çalışdırıcı ilə 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Alessandro Nestanın son iş yeri 2025-ci ilin iyununda ayrıldığı "Montsa" olub.