"Malyorka"nın hücumçusu Vedat Muriqi karyerasını Türkiyədə davam etdirə bilər. Sport24.az xəbər verir ki, "Qalatasaray" forvardın xidmətində maraqlıdır.

 

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Komandanın baş məşqçisi Okan Buruk kosovolu hücumçunun transferini istəyib.

 

Vedat bu mövsüm La Liqada 36 oyunda 22 qol vurub.

 

Forvard daha əvvəl Türkiyədə "Fənərbağça"da forma geyinib.