"Fənərbağça"dan ayrılan Domeniko Tedesko Almaniyadan təklif alıb. Sport24.az xəbər verir ki, Münhenqladbax "Borussiya"sı rəhbərliyi mütəxəssisi komandanın "sükanı arxasına" gətirmək istəyir.
Bu barədə insayder Nikolo Skira məlumat yayıb. Tedeskoya 2 illik müqavilə təklif olunub.
"Borussiya" Bundesliqada mövsümü 12-ci sırada bitirib.