"Portu"nun futbolçusu Villiam Qomes karyerasını İspaniyada davam etdirə bilər. Sport24.az xəbər verir ki, "Atletiko" 20 yaşlı vingerin xidmətində maraqlıdır.

 

Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

 

Madrid klubu Qomes üçün "Portu" ilə danışıqlara başlayıb.

 

Braziliyalı hücumçu 2025-ci ilin yanvarından Portuqaliya klubunda çıxış edir. O, bu mövsüm liqada 28 oyunda 8 qol vurub. Qomesin "transfermarkt"da dəyəri 30 milyon avrodur.