"Qarabağ"ın yay transfer pəncərəsində heyətinə qatmaq istədiyi daha bir futbolçu müəyyənləşib. Sport24.az "Transferfeed"ə istinadən xəbər verir ki, Ağdam təmsilçisi Xorvatiyanın "Dinamo" komandasında çıxış edən Xuan Kordoba ilə maraqlanır.
22 yaşlı kolumbiyalı oyunçu heyətə düşməkdə çətinlik çəkir. O, cari mövsümdə yalnız 1 matçda (22 dəqiqə) meydanda olub.
Hücumçunun həmyerliləri Kevin Medina və Kamilo Duran hazırda "Qarabağ"da çıxış edir.
Qeyd edək ki, Xuan Kordobanın "Dinamo" ilə 2028-ci ilin yayınadək müqaviləsi var