"Arsenal"ın gənc yarımmüdafiəçisi Maks Dauman tarixə düşüb. Sport24.az xəbər verir ki, ingiltərəli futbolçu Premyer Liqanı qazanan ən gənc futbolçu olub.

Dünən keçirilən "Bornmut" – "Mançester Siti" qarşılaşmasında "şəhərlilər"in xal itirməsi "Arsenal"ı 22 ildən sonra Premyer Liqa çempionluğunu rəsmiləşdirib. Maks Dauman isə 16 yaş 139 günlüyündə çempion olan ən gənc futbolçu kimi tarixə düşüb.

Qeyd edək ki, Maks Dauman bu mövsüm "Arsenal"ın heyətində 16 rəsmi matçda iştirak edib, 5 qol vurub.