"Real" "Mançester Siti"nin yarımmüdafiəçisi Rodrini "rənglərinə bağlaya" bilər. Sport24.az xəbər verir ki, bu barədə ispaniyanın nüfuzlu "Marca" qəzeti məlumat yayıb. 

 

"Qızıl top"un qalibinin "Real"a potensial transferi Pep Qvardiolanın klubdan mümkün gedişi ilə əlaqələndirilir. Qvardiola rəsmi olaraq "şəhərlilər"dən ayrılmaq niyyətini təsdiqləməyib və gələcəyini rəhbərliklə müzakirə edəcəyini bildirib. Lakin Fabrisio Romano da daxil olmaqla bir neçə nüfuzlu insayder Pepin İngiltərə klubundan gedəcəyini bildirib.

 

Qeyd olunur ki, Madrid təmsilçisində potensial transferin reallaşacağını düşünürlər. Qvardiola ilə bağlı şayiələr fonunda Rodri özü də İspaniyaya qayıtmaq fikrinə meyl etməyə başlayıb.