"Roma"nın hücumçusu Paulo Dibala karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər. Sport24.az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb.
Mənbənin sözlərinə görə, argentinalı ulduz yay "transfer pəncərəsi"ndə dumanlı albiona yollanmaq variantına müsbət yanaşır. Hazırda İtaliya klubu ilə müqavilə müddəti başa çatmaqda olan 32 yaşlı forvard rəhbərliklə yeni sözləşmə barədə danışıqları davam etdirir.
Qeyd edək ki, oyunçunun daha əvvəl yaşadığı zədə problemləri onun İngiltərəyə transferinə mane olmuşdu. Bu uğursuzluq xüsusilə futbolçunun "Yuventus"dan ayrılaraq azad agent statusu daşıdığı dövrdə qeydə alınmışdı.