Misli Premyer Liqasına vəsiqə uğrunda pley-off oyununun keçiriləcəyi stadion bəlli olub. Sport24.az bu barədə etibarlı mənbədən məlumat əldə edib.
Redaksiyamıza daxil olan bilgiyə əsasən, həlledici qarşılaşma Sumqayıtda baş tutacaq.
Misli Premyer Liqasında 11-ci yerin sahibi olan "Qəbələ"nin rəqibi bilinməsə də, matçın Sumqayıtda keçiriləcəyi dəqiqdir.
Qeyd edək ki, "Qəbələ" I Liqada ikinci yerin sahibi ilə üz-üzə gələcək. Aşağı dəstədə "Səbail" 50 xalla ikinci pillədə qərarlaşıb. "Mingəçevir" 48 xalla üçüncüdür. I Liqanın sonuncu turunda bölgə təmsilçisi "dənizçilər"i qəbul edəcək. Oyun mayın 21-də keçiriləcək.