Mayın 22-si Birinci Liqanın son turunda "Mingəçevir" "Səbail"i qəbul edəcək. Sport24.az xəbər verir ki, qonaqlar bu matça iki itki ilə çıxacaq.

Belə ki, "dənizçilər"in iki əsas hücumçusu Ruslan Voronsov və Kamran Quliyev sarı kart limitini aşdığı üçün qarşılaşmada iştirak edə bilməyəcəklər.

Qeyd edək ki, aşağı dəstədə "Şəfa" çempionluğu rəsmiləşdirib. "Səbail" 50 xalla ikinci pillədə qərarlaşıb. "Mingəçevir" 48 xalla üçüncüdür.

"Səbail" qələbə və ya heç-heçə edərsə, ikinci yeri qoruyacaq. "Mingəçevir"in ikinci pilləyə yüksəlməsi üçün mütləq qalib gəlməsi lazımdır.