"Bavariya" "İnter"in mərkəz müdafiəçisi Yann Bisseklə maraqlanır. Sport24.az xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb.
25 yaşlı futbolçu "Neradzurri"də üçüncü mövsümünü keçirir. Bissek cari mövsümdə "İnter"lə A Seriyasının qalibi olmaqla yanaşı, İtaliya Kubokunu da qazanıb.
Qeyd edək ki, Bissek bu mövsüm bütün turnirlərdə 35 oyun keçirib, 3 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun "İnter"lə hazırkı müqaviləsi 2029-cu ilin yayında başa çatır.