"Napoli"nin baş məşqçisi Antonio Konte mövsümün sonunda komandadan ayrılmağa yaxındır. Sport24.az "La Gazzetta Dello Sport"a istinadən xəbər verir ki, təcrübəli mütəxəssisin gələcək karyerası ilə bağlı əsas variant İtaliya millisidir.
Mənbənin sözlərinə görə, bir müddət əvvəl Konteyə "Skuadra Adzurra"ya mümkün qayıdışı ilə bağlı sual ünvanlanıb. Təcrübəli çalışdırıcının "Əgər federasiya prezidenti olsaydım, özümü nəzərdən keçirərdim" cavabı isə "Napoli" düşərgəsində birmənalı qarşılanmayıb. Bu açıqlamadan dərhal sonra klub prezidenti Aurelio De Laurentis məşqçi ilə şəxsi söhbət apararaq vəziyyətə aydınlıq gətirib. Münasibətlərin korlanmasını istəməyən tərəflər mövsümün sonunda yolları qarşılıqlı anlaşma şəraitində ayırmağı planlaşdırıblar.
Qeyd edək ki, Konte keçirdiyi iki mövsümdə klub tarixində dördüncü çempionluğu qazanıb, Superkuboku əldə edib və komandanı yenidən Çempionlar Liqasına daşıyıb.