"İnter" baş məşqçisi Kristian Kivu ilə müqaviləni uzadacaq. Sport24.az insayder Fabrisio Romanoya istinadən xəbər verir ki, mütəxəssis Milan klubu ilə yeni uzunmüddətli sözləşmə imzalayacaq. Mənbə bildirir ki, müqavilə may ayının sonuna qədər açıqlanacaq.
"İnter" və Kivu arasında yeni müqavilənin 2028-ci ilin yayına qədər qüvvədə olacağı bildirilir. Buraya həmçinin 2029-cu ilə qədər uzatma seçimi də daxildir. Rumıniyalı məşqçi cari mövsüm başlamazdan əvvəl "İnter"in "sükanı arxasına" keçib və ilk ilində komandası İtaliya çempionu olub və ölkə kubokunu qazanıb.
Kristian Kivu "İnter" keçmiş oyunçusudur. Məşqçi kimi o, klubun bütün gənclər komandalarında çalışıb. Baş məşqçi kimi çalışdığı ilk klub "Parma" olub.