"Everton" heyətini qanalı futbolçu ilə gücləndirmək istəyir. Sport24.az xəbər verir ki, Liverpul təmsilçisi "Lester Siti"nin hücumameyilli yarımmüdafiəçisi Abdul Fatavu İsaku ilə maraqlanır.

​"Tülkülər"in aşağı liqaya düşməsindən sonra klub gənc istedadı satmağa məcburdur. Fatavunun müqaviləsində 30 milyon funt sterlinqlik sərbəstqalma maddəsi mövcud olsa da, "Lester" maliyyə vəziyyətinə görə onu 15-20 milyon funt sterlinq qarşılığında əldən buraxmağa hazırdır. Qanalı futbolçu isə "Everton" keçməyə müsbət yanaşır.

Qeyd edək ki, İsaku karyerası ərzində "Sportinq", "Dreams", "Steadfast" klublarının formasını geyinib.