"Kəpəz"də baş məşqçi postuna namizədlərdən biri müəyyənləşib. Sport24.az-a bu barədə etibarlı mənbədən məlumat verilib.

Gəncə təmsilçisində Mahmud Qurbanov namizədlərin siyahısındadır.

Hətta klub idarəçilərindən biri 53 yaşlı mütəxəssislə rəsmi olmasa da, bu barədə söhbət edib.

"Sarı-göylər"in yekunda hansı qərar verəcəyi maraqla gözlənilir.

Qeyd edək ki, "Kəpəz"in hazırkı baş məşqçisi Azər Bağırov sonuncu turda "Neftçi" ilə oyundan sonra klubla vidalaşacaq.