"Bayer"in futbolçusu Alexandro Qrimaldo karyerasını İngiltərədə davam etdirə bilər. Sport24.az xəbər verir ki, "Çelsi" cinah müdafiəçisinin xidmətində maraqlıdır.
Bu barədə Portuqaliya mətbuatı məlumat yayıb.
London klubunun yeni baş məşqçisi Xabi Alonso "Bayer"də birgə işlədiyi Qrimaldonun transferini istəyir.
Müdafiəçi bu mövsüm Leverkuzen təmsilçisində 29 oyunda 8 qol vurub, 9 məhsuldar ötürmə edib.
"Çelsi" bir neçə gün əvvəl baş məşqçi postuna Xabi Alonsonu gətirib.