Gürcüstanın Batumi şəhərində qadın şahmatçılar arasında keçiriləcək şəxsi Avropa çempionatında Azərbaycanın 12 təmsilçisi mübarizə aparacaq. Sport24.az xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyası məlumat yayıb. 

 

Qitə çempionatında ölkəmizi Ülviyyə Fətəliyeva, Günay Məmmədzadə, Gövhər Beydullayeva, Gülnar Məmmədova, Ayan Allahverdiyeva, Türkan Məmmədyarova, Səbinə İbrahimova, Zeynəb Məmmədyarova, Məryəm Ağaverdiyeva, Mələk İsmayıl, Lalə Hüseynova və Nərmin Abdinova təmsil edəcək.

 

Qeyd edək ki, yarış mayın 24-dən iyunun 6-dək davam edəcək. 11 turdan ibarət turnirin mükafat fondu 60 min avrodur.