Avropa Taekvondo Birliyinin (ETU) müxtəlif komitələrinə seçimlərin nəticələri elan olunub. Sport24.az xəbər verir ki, qurumun prezidenti Sakis Praqalos tərəfindən Azərbaycan Taekvondo Federasiyasının Baş katibi Aygül Abdullayeva Hakimlər Komitəsinin üzvü, ATF-in mətbuat katibi Aysel Sultanova isə Media Komitəsinin vitse-sədri (Vice-Chair) təyin olunub.

 

ATF tərəfindən namizədliyi irəli sürülən hər iki nümayəndənin ETU komitələrində yer alması Azərbaycan taekvondosuna göstərilən etimadın göstəricisidir.

 

Təyinatlar ETU-nun 2027-ci ildə keçiriləcək Baş Assambleyasının iclasınadək qüvvədə olacaq.