Bu gün "Neftçi"nin qadınlardan ibarət 3x3 basketbol komandası Çinin Şanxay şəhərində keçiriləcək Dünya Seriyasının mərhələsində mübarizəyə başlayacaq. Sport24.az xəbər verir ki, 2ağ-qaralar2 ilk oyun günündə iki görüş keçirəcək.

 

Təmsilçimiz ilk görüşdə Tayland millisi ilə qarşılaşacaq. İkinci qarşılaşmada isə rəqib Niderland təmsilçisi "Amsterdam" olacaq.

 

Qeyd edək ki, Dünya Seriyasının Şanxay mərhələsinə mayın 17-də yekun vurulacaq.