Mövsümün sonunda daha bir Premyer Liqa klubunda baş məşqçi dəyişikliyi gözlənilir. Bu barədə Sport24.az-a etibarlı mənbədən məlumat daxil olub.

 

Redaksiyamıza daxil olan bilgiyə əsasən, "Qəbələ" rəhbərliyi Kaxaber Tsxadadzenin işindən narazıdır. Bu səbəbdən mövsümün yekun nəticəsindən asılı olmayayaraq, bölgə təmsilçisi 57 yaşlı gürcü çalışdırıcı ilə yolları ayırmağı planlaşdırır. 

 

Qeyd edək ki, Tsxadadze 2024-cü ildən "qırmızı-qaralar"ın "sükanı arxasındadır". O, məşqçilik karyerası ərzində Azərbaycanda "Qəbələ"dən başqa "Standart" (fəaliyyətini dayandırıb) və "İnter"i (indiki "Şamaxı") "sükanı arxasında" olub.