2Əl-Nəsr"in baş məşqçisi Jorji Jesusun cari mövsümün sonunda komandadan ayrılmaq ehtimalı yüksəkdir. Sport24.az Portuqaliyanın "A Bola" qəzetinə istinadən xəbər verir ki, 71 yaşlı mütəxəssis artıq klub rəhbərliyini qərarı barədə məlumatlandırıb.
Mənbənin sözlərinə görə, Jesus Səudiyyə Ərəbistanında karyerasını başa vurmaq və başqa ölkədən gələn təklifləri nəzərdən keçirmək niyyətindədir. Ancaq mövsümün sonuna kimi heç bir klubla danışıqlar aparmaq istəmir. Portuqaliyalı mütəxəssisin hazırda bütün fikrini "Əl-Nəsr"lə çempion olmağa yönəlib.
Bu arada, Jesusun mayın sonunda Lissabonda "Fənərbaxça" nümayəndələri ilə görüşü planlaşdırılır. Türkiyə klubu məşqçiyə mövsümdə təxminən 15 milyon avro maaşla müqavilə təklif etməyə hazırdır - bu, onun məşqçilik karyerasının ən böyük razılaşması ola bilər.