"Trabzonspor"un hüücumçusu Pol Onuaçu Türkiyə Super Liqasında klubunu dəyişə bilər. Sport24.az xəbər verir ki, "Fənərbaxça" nigeriyalı forvardı transfer etmək istəyir.

 

Bu barədə "Sözcü" nəşri məlumat yayıb.

 

İstanbul nəhəngi Onuaçu üçün onun klubuna rəsmi təklif göndərib. "Trabzonspor" 31 yaşlı futbolçunu satmağa hazırdır. Onlar qarşı tərəfdən İsmail Yükseklə Oğuz Aydını, əlavə olaq isə 10 milyon avro tələb edirlər.


Qeyd edək ki, Pol Onuaçhu cari mövsümdə "Trabzonspor"un heyətində meydana çıxdığı 34 rəsmi matçda 24 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Təcrübəli oyunçu 22 qolla Super Liqanın bombardiridir.