"Real"ın futbolçusu Eduardo Kamavinqa DÇ-2026 üçün Fransa yığmasına dəvət almamasına münasibət bildirib. Sport24.az xəbər verir ki, fransalı yarımmüdafiəçi sosial şəbəkə hesabında bunları yazıb:

 

"Gözlədiyim xəbər bu deyildi, amma bu, futboldur. Əlbəttə, kənarda qalmaq məyusedicidir. Bu formanın dəyərini bilirəm və qardaşlarıma dünya çempionatına uğurlar arzu edirəm. Daha güclü şəkildə geri dönməyə çalışacağam".

 

Fransa yığması mundialda I qrupunda Seneqal, İraq və Norveçlə mübarizə aparacaq.

 

Dünya çempionatına iyunun 11-də start veriləcək.