"Real"ın futbolçusu Federiko Valverde karyerasını Fransada davam etdirə bilər. Sport24.az xəbər verir ki, PSJ uruqvaylı yarımmüdafiəçinin xidmətində maraqlıdır.

 

Bu barədə "Diario AS" nəşri məlumat yayıb. Paris klubu artıq oyunçu ilə ilkin danışıqlara başlayıb.

 

Valverdenin yayda "Real"dan ayrılacağı gözlənilir. O, bir müddət əvvəl məşqdə komanda yoldaşı Eduardo Kamavinqa ilə dava edib. Xəstəxanalıq olan yarımmüdafiəçinin bundan sonra kapitanlığı da əlindən alınıb.

 

Valverde bu mövsüm La Liqada 32 oyunda 5 qol vurub, 8 məhsuldar ötürmə edib.