Müdafiəçi Şeyms Koulmen "Everton"dan ayrılacaq. Sport24.az xəbər verir ki, bu barədə Mersisayd təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
37 yaşlı oyunçunun müddəti başa çatan müqaviləsi uzadılmayacaq.
Koulmen 2009-cu ildən "Everton"da çıxış edir. O, komandada ən çox oyun keçirən futbolçudur – 372 matç.