AFFA tərəfindən UEFA lisenziyalı məşqçilik kurslarının əhatə dairəsinin genişləndirilməsi və yeni məşqçi təlimçilərinin hazırlanması məqsədilə növbəti təlim keçiriləcək. Sport24.az xəbər verir ki, məqsəd UEFA lisenziya kurslarının tədrisinə cəlb oluna biləcək potensial məşqçi təlimçilərini müəyyən etmək və onların tədris, fasilitasiya, praktiki məşğələ aparma, rəyvermə və qiymətləndirmə bacarıqlarını inkişaf etdirməkdir.