Misli Premyer Liqasının 32-ci turunda bir baş məşqçi, beş futbolçu cəzalıdır. Sport24.az-ın məlumatına görə, "Sumqayıt"ın baş məşqçisi Saşa İliç texniki zonada əyləşə bilməyəcək.

Futbolçulardan isə Nuğay Rəşidov, Asif Məmmədov (hər ikisi "Qəbələ"), İqor Noqeyra ("Sabah"), Luis Ortiz ("Neftçi") və Emin Rüstəmovun ("Karvan-Yevlax") meydana çıxmayacağı dəqiqdir.

Qeyd edək ki, bu gün start götürəcək tur mayın 17-də başa çatacaq. Cari turda "Karvan-Yevlax" "Qəbələ" ilə, "Araz-Naxçıvan" "Kəpəz"lə, "Qarabağ" "İmişli" ilə, "Şamaxı" "Turan Tovuz"la, "Zirə" "Sumqayıt"la, "Sabah" "Neftçi" ilə üz-üzə gələcək.