Bu gün I Liqada 26-cı tura yekun vurulacaq. Sport24.az xəbər verir ki, ilk pillənin sahibi "Şəfa" "Cəbrayıl"ı məğlub edəcəyi təqdirdə çempionluğunu rəsmiləşdirəcək. 

 

İkinci pillədə qərarlaşan "Səbail" "Şahdağ Qusar"la matçda xal xal itirəcəyi halda, "Şəfa" - "Cəbrayıl" oyununun nəticəsindən asılı olmayaraq, paytaxt təmsilçisi Premyer Liqaya vəsiqəni təmin edəcək.

 

Qeyd edək ki, günün bütün qarşılaşmaları eyni saatda start götürəcək.

 

I Liqa

XXVI tur

17:00."Mingəçevir" – MOİK
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança)

17:00."Səbail" – "Şahdağ Qusar"
"Bayıl Arena"

17:00."Baku Sportinq" – "Zaqatala"
Buzovna qəsəbə stadionu

17:00."Şəfa" – "Cəbrayıl"
Binə qəsəbə stadionu